Azərbaycanda ən yüksək faizli kreditlər krelit kartı vasitəsilə ayrılan kreditlərdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hazırda ölkədə istehlak kreditləri üzrə ən yüksək faiz dərəcələri kreit kartları ilə verilir – orta hesabla illik 25%.
Yaşayış sahəsinin təmii ilə bağlı olan istehlak kreditləri illik 22%-lə, maişət avadanlığı (kondisioner, soyuducu və sair) almaq üçün kreditlərin orta illik faiz dərəcəsi isə 21%-dir.
Ən aşağı faizli istehlak kreditləri avtomobil almaq üçün verilir – onların faiz dərəcəsi illik 16%-dir. Digər istehslak kreditlərinin orta illik dərəcəsi 20% ətrafındadır.
Yeri gəlmişkən, 3 ay əvvəllə müqayisədə avtomobil kreditləri 1% ucuzlaşıb, məişət avadasnlığı kreditləri isə əksəni 1% bahalaşıb – 3 ay əvvəl 21%-lə verilirdi.