Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin yanvar-mart aylarında milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin azaldığını qeyd edir.
Eləcə də bax: Tahir Kərimli: "Azərbaycanda kreditlər illik 5-6%-lə verilməlidir"
FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
2022-ci il aprelin 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2021-ci ilin yekunları üzrə 14,33%-ə qarşı 14,28% təşkil edib.
2022-ci il mart ayının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 4,76% təşkil edib, 2021-ci ilin sonuna bu göstərici 4,8%-ə bərabər olub.
Bununla yanaşı, aprel ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 10,1% (2021-ci ilin sonuna 9,98%), xarici valyutada 4,69% (4,71%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,29% (16,44%), xarici valyutada 5,23% (5,45%) təşkil edib.
Martın sonuna milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,73% (2021-ci ilin sonuna 8,59%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,45% (1,48%) təşkil edib.
2022-ci il martın 31-nə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,65% (5,32%), xarici valyutada 0,97% (0,99%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,17% (9,11%), xarici valyutada 1,75% (1,81%) təşkil edib.
AMB-nin məlumatına görə, martın sonuna milli valyutada yeni kreditlər üzrə orta faiz dərəcəsi 17,11% (2021-ci ilin sonuna 16,43%), xarici valyutada 4,71% (5,06%) təşkil edib.
Martın sonuna banklar tərəfindən milli valyutada cəlb edilmiş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,72% (9,07%), xarici valyutada 1,31% (1,35%) təşkil edib. (İnterfaks-Azərbaycan)