“Azərbaycanda ən ucuz kredit faizləri demək olar ki, bizdədir”.
Bunu FED.az-a “Xalq Bank”dan bildiriblər. Bank rəsmisinin sözlərinə görə, “Xalq Bank”da illik kredit faizləri digər banklarla müqayisədə 1-5% daha aşağıdır.
Eləcə də bax:Kredit faizlərinin yüksək olmasının – ƏSAS SƏBƏBLƏRİ - MƏQALƏ
Nümunə olaraq göstərək ki, Bank daxili kreditlə ipoteka faizlərinin illik faizini 10% olmaqla təklif edir. İpoteka üçün kredit, maksimum 250 min manat olmaqla, 25 il müddətinə verilir.
Hazırda bir çox banklar avtomobil krediti vermədiyi halda “Xalq Bank” illik 14%-lə başlayan faizlərlə avto kredit təklif edir. Maşınlara kredit maksimum 100 min manat olmaqla 4 ilədək verilir.
Həmçinin bank təhsil alanlar üçün də kredit təklif edir. Belə ki, digər kredit təşkilatlarınfdan fərqli olaraq “Xalq Bank”ın təhsil krediti məhsulu nəinki ali məktəb tələbələrinə, həmçinin ödənişli əsaslarla təhsil alan məktəb şagirdləri üçün də sərfəli imkan yaradır.
Eləcə də bax:Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
Belə ki, “Xalq Bank” təhsil kreditini maksimum 100 min manat olmaqla 4 illik müddətə, illik 15%la təklif edir. İstehlak kreditlərinə gəlincə isə bank illik 16% olmaqla 100 min manatadək kredit təklif edir. İstehlak krediti maksimum 4 il müddətinə verilir.