Cari ilin oktyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.
FED.az biznes portalı xəbər verir ki, “Report”un araşdırmasına əsasən, ötən ay “BTB Bank”da lombard kreditləri üzrə faiz dərəcəsi 22,8%-dən 24,8%-ə, “Bank of Baku”da 28-30%-dən 30-32%-ə qaldırılıb. Sonuncu həm də hesabat ayında təhsil haqqı kreditləri verməyə başlayıb.
Eləcə də bax: Qazanan və zərər edən banklar - MƏLUM OLDU - SİYAHI
“Expressbank” kiçik və orta sahibkarlıq üçün təklif olunan kreditlər üzrə faiz dərəcəsini 15%-dən 14%-ə salıb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır,
Avtomobil kreditləri – “NBC Bank”
Təmir kreditləri – “Bank Nikoil”
Lombard kreditləri – “Amrahbank”
İpoteka kreditləri – “Xalq Bank”
Mikro kreditlər – “Bank Respublika”
Kiçik və orta biznes kreditləri – “AG Bank”, "Xalq Bank"
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: