Azərbaycan bankları 2022-ci ildə faiz və qeyri-faiz qismində ümumilikdə 3 milyard 955 milyon manat gəlir əldə ediblər.
- Həmçinin bax:Azərbaycanda ən çox və ən az gəliri olan banklar – SİYAHI
- Azərbaycan bankları pulu faiz, yoxsa qeyri-faiz gəlirlərindən qazanırlar? - BÖLGÜ, RENKİNQ (31.12.2022)
FED.az xəbər verir ki, ənənəvi olaraq gəlirlərin böyük hissəsi faiz-gəlirlərinə aiddir. Amma son illərin tendensiyasına uyğun olaraq bankların qeyri-faiz gəlirləri də sürətlə artır və 2022-ci ildə ümumi gəlirlərin 30%-nə çatıb (DAHA ƏTRAFLI).
Ayrı-ayrı banklarda isə faiz və qeyri-faiz gəlirlərinin nisbəti xeyli fərqlənir. Bəzi banklarda gəlirlərin 90%-i faiz gəlirlərindən formalaşır, bir sıra banklarda isə əksinə – qeyri-faiz gəlirləri daha böyükdür.
Ümumilikdə ölkədəki 25 bankdan 24-də faiz gəlirləri daha böyükdür. 15 bankda faiz gəlirlərinin payı ümumi gəlirlərdə 70%-i keçir.
Gəlirlərinin tərkibində faiz gəlirlərinin ən böyük paya malik olduğu bank – «Accessbank»dır. Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə bazar liderinin gəlirlərinin 91%-dən çoxu faiz gəlirləridir.
Kredit bazarında aktiv olan «Yelo Bank» və «Bank of Baku»da da bu göstərici 90% ətrafındadır.
Azərbaycanın bank sektorunun lideri olan Azərbaycanq Beynəlxalq Bankı – ABB-nin gəlirlərinin təqribən dörddə üçü faiz gəlirlərindən formalaşır, qalan hissə qeyri-fviz gəlirləridir.
«Kapital bank»da isə qeyri-faiz gəlirləri ümumi gəlirlərin 40%-nə çatır.
«Azər Türk Bank»da faiz və qeyri-faiz gəlirləri demək olar ki, bərabərləşib.
Yalnız bir bankda – böyük şəbəkəyə malik olan «Muğan bank»da ümumi gəlirlərdə qeyri-faiz gəlirlərinin payı daha yüksəkdir.