Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu iqtisadi rayonların siyahısı açıqlanıb.
Azərbaycanda kreditlərin ən ucuz verildiyi - 7 İQTİSADİ RAYON - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə orta faiz dərəcəsi 14,22% olsa da, bəzi regionlarda bu göstərici xeyli yüksəkdir.
Renkinqə Dağlıq Şirvan iqtisadi rayonu başçılıq edir. Bu regionda kreditlər üzrə orta faiz dərəcəsi 20,34% (212 milyon 304 min manat) təşkil edir.
İkinci yerdə Mərkəzi Aran iqtisadi rayonu qərarlaşıb. Burada bu göstərici 20,09% (603 milyon 294 min manat) olub.
Qarabağ iqtisadi rayonu 20,02% (528 milyon 551 min manat) ilə üçüncü sırada yer alıb.
Şirvan-Salyan iqtisadi rayonunda orta faiz dərəcəsi 19,84% (465 milyon 695 min manat), Qazax-Tovuz iqtisadi rayonunda isə orta faiz dərəcəsi 19,83% (591 milyon 429 min manat) təşkil edib.
Siyahını altıncı yerində 19,80% (715 milyon 27 min manat) ilə Lənkəran-Astara iqtisadi rayonu, yeddinci yerində isə 19,54% (360 milyon 247 min manat) Mil-Muğan iqtisadi rayonu qərarlaşıb.
Qeyd edək ki, ölkə üzrə verilmiş kreditlərin ümumi məbləği isə 30 milyard 290 milyon 349 min manat təşkil edib.














