Azərbaycanda əmək haqqı xərcini artırıb-azaldan banklar məlum olub.
Əmək haqqına ən çox və ən az pul xərcləyən banklar – SİYAHI
Əmək haqqı xərcininin artıb-azalmasna görə üzrə – BANKLARIN RENKİNQİ (31.03.2023)
İşçilərə ödənilən əmək haqqı məbləğınə görə – BANKLARIN RENKİNQİ (31.03.2023)
FED.az 2023-cü ilin 1-ci rübünün nəticələrinə görə xəbər verir ki, ölkədəki 25 bankdan 23-ü əmək haqqı xərclərin artırıb, 1 bankda əmək haqqı xərcləri azalıb, daha bir bank – İran Milli Bankının Bakı filialı isə bu göstəricini açıqlamayıb.
FED.az-ın məlumatına görə, artım sürətinə görə, əmək haqqının ən sürətli böyüməsi «Azər Türk Bank»da qeydə alınıb. Bu bankda əmək haqqı xərcləri 2,2 milyon manat və ya 2,1 dəfə artıb.
«Paşa Bank»da əmək haqqı xərcləri 58%, «Turan Bank»da isə 39% artıb.
Məbləğ ifadəsində əmək haqqı xərclərinin ən sürətli artımı «Kapitalbank»da qeydə alınıb – 8,8 milyon manat və ya 21,5%.
Azərbaycan Beynəlxalq Bankında (ABB) əmək haqqı xərcləri 5,2 milyon manat və ya 19% artıb.
Əmək haqqının azaldığı yeganə bank isə Bank BTB olub – burada əmək haqlarına xərclənən vəsait 43% və ya 909 min manat azalıb.
Qeyd edək ki, əmək haqqının artıb-azalması bankların təkcə maaşların məbləğini dəyişməsi idlə deyil, həm də yeni işçi toplaması və ya işçiləri ixtisar etməsi ilə bağlı ola bilər.
İstənilən halda əmək haqqı xərclərinin artımı bank üçün müsbət göstəricidir.