Azərbaycan banklarının əmək haqqı xərcləri məlum olub.
FED.az xəbər verir ki, 2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə əmək haqqına ən çox vəsait ayıran banklar «Kapital Bank» (49 milyon manat), «Azərbaycan Beynəlxalq Bankı» (ABB) (32 milyon manat), «Paşa Bank» (21 milyon nanat), «Unibank» (16 milyom nanat) və «Bank Respublika»dır (12 milyon manat).
Ən aşağı maaş verən yerli bankların siyahısına isə «Bank Avrasiya» (880 min) və «Naxçıvanbank» (1 milyon) başçılıq edir.
«Günay Bank» və «Bank BTB» öz əməkdaşlarına təqribən eyni məbləğdə əmək haqqı ödəyiblər.
Aktivlərin həcminə görə ölkənin iri banklarından sayılan «Premium bank» da əmək haqqı xərclərinə görə, sıralamanın aşağı hissəsində yer alıb.