Cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 30 milyard 290 milyon manat olub.
Bankların iri sahibkarlığa verdiyi kreditlər – BİR AYDA 125 MİLYON MANAT ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son bir ildə kredit portfeli 2 milyard 413 milyon manat (8,7%) artıb. Belə ki, ötən ilin mart ayının sonunda bankların kredit portfeli 27 milyard 877 milyon manat idi.
Kredit portfelinin 26 milyard 003 milyon manatını manatla verilmiş kreditlər, 4 milyard 287 milyon manatını isə xarici valyuta ilə verilmiş kreditlər təşkil edir. Yəni kredit portfelinin 85,8%- manatla verilmiş kreditlərin, 14,2%-i isə xarici valyutada verilmiş kreditlərin payına düşüb.
Başqa sözlə, dollarla verilən kreditlərin ümumi kredit portfelində payı 15%-dən aşağı düşüb. Xatırladaq ki, bir il əvvəl bu göstərici 15%-dən yüksək idi.
Belə ki, ötən ilin eyni dövründə kredit potfelində manatla verilmiş kreditlər 84,5% (23 milyard 566 milyon manat), xarici valyuta ilə verilmiş kreditlər 15,5% (4 milyard 311 milyon manat) yer tutub. Manatla verilmiş kreditlər son bir ildə 1,3 faiz bəndi artıb, xarici valyuta ilə verilmiş kreditlər 1,3 faiz bəndi azalıb.
2025-ci ilin mart ayının sonu ilə müqayisədə manatla verilmiş kreditlərin həcmi 2 milyard 437 milyon manat (10,3%) artıb, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 24 milyon 972 manat (0,6%) azalıb.
Manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 0,78 faiz bəndi artaraq 15,6%-ə, xarici valyuta ilə verilmiş kreditlərin orta faiz dərəcəsi 0,19 faiz bəndi artaraq 5,84%-ə yüksəlib.














