Əldəki dolları xərcləyib iş qurmaq, yoxsa, manatla kredit götürmək?
Manat və dollar əmanəti hansı bankda – daha sərfəlidir? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, hazırda bəzi iş adamları və vətəndaşlar vəsaitə tələbat səbəbindən əldəki dolları manata dəyişməli olurlar. Bəziləri isə vəsaitin dollarla qalmasına, dolları manata dəyişməkdənsə, manat krediti götürməyə üstünlük verir.
«Tam Kart», «Birkart», «Leo kart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Azərbaycan banklarında belə variant var – dollar əmanəti yatıraraq, manat krediti götürmək. İlk baxışdan sərfəli variant deyil – dollar əmanəti cəmi 3% ətrafında gəlir qazandırır, əvəzində onun müqabilində götürülən kreditdə faizlər daha yüksək olur. Amma bəzi müştərilər vəsaitlərini xarici valyutada saxlamaq istəyinə görə, bu kreditin faizini ödəməyə hazırdır.
FED.az banklara pul yatırmaq və kredit götürməyin fərqli bir tərəfini araşdırıb. Bəzi hallarda xarici valyutada hesaba vəsait qoymaq və başqa valyutada kredit almaq faydalı ola bilər. Bu proses maliyyə riskini idarə etmək və kredit əldə etmək üçün müxtəlif yolları araşdıranlar üçün maraqlı ola bilər.
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Ölkəmizdə USD valyutası ilə əmanət yerləşdirərək, AZN valyutasında krediti necə əldə etmək olar?
«Azər‐Türk Bank», «AccessBank», «Bank Respublika», «Express Bank» və «VTB bank»da USD valyutası ilə əmanət yerləşirib həmin əmanəti girov qoymaq şərti ilə AZN valyutasında kredit əldə etmək mümkün deyil.
Adını çəkdiyimiz banklarda əmanət yatırmaqla kredit götürmək olar – amma əmanət hansı valyutadadırsa, kredit də həmin valyutada olmalıdır. «Kapital Bank»da isə ümumiyyətlə əmanət yerləşdirib həmin əmanəti girov qoymaqla kredit əldə etmək mümkün deyil.
«YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Digər yerli banklarda isə bu proses üzrə şərtlər fərqlidir. Kreditin təklif edilən həcmi əmanətin həcminim müəyyən bir hissəsini təşkil edir kredit əldə olunan günün məzənnəsi ilə məbləğ konvertasiya olunur və həmin məbləğin müəyyən hissəsi kredit kimi təklif edilir, bəzi banklarda isə əmanətin həcmindən asılı olmayaraq müəyyən həcmdə kredit əldə etmək olur.
Məsələn «Bank Avrasiya» bu bankda USD valyutasında əmanət yerləşdirib AZN valyutasında kredit almaq istədikdə kreditin məbləği minimum 200 AZN maximum isə 10 000AZN müəyyənləşdirilib.
Əldə olunmuş kreditin illik faiz dərcəsinin hesablanmasıda banklar üzrə fərqlidir. Əksər banklar yerləşdirilmiş əmanətin faiz dərcəsinin üzərinə müəyyən faizlər gələrək illik faiz dərəcəsi hesablayır, bu faiz dərəcəsi isə əmanətin hansı müddətdə yerləşdirilməsindən, əmanət üzərə faizlərin ödənişindən asılı olaraq dəyişir. Kreditin müddətinə gəlincə 1-4 il aralığında dəyişir.
Bank |
Xarici valyuta əmanəti müqabilndə ayrılan kreditin həcmi |
Kreditin illik faiz dərəcəsi |
Kreditin müddəti |
Azərbaycan Beynəlxalq Bankı |
Əmanətin 60%-dək |
22% |
1 il |
AFB Bank |
1-12 aylıq kredit müddəti seçilibsə Əmanətin 90%-i, 13-36 ay kredit müddəti seçilibsə Əmanətin 80% |
Əmanət üzərə faizin ödənməsi aylıq olarsa : 12 ay müddətinədək 11,5% 24 ay müddətinədək 13% 36 ay müddətinədək 15,5% Əmanət üzərə faizin ödənməsi ilin sonu olarsa : 12 ay müddətinədək 12% 24 ay müddətinədək 13,5% 36 ay müddətinədək 16%
|
1-3 il |
Bank Avrasiya |
Əmanətin 80%-dək |
15% |
12-30 ay |
Bank BTB |
Əmanətin 80%-dək |
23% |
1-3 il |
Bank of Baku |
Əmanətin 70%-dək |
3,10% - 5,65% aralığında dəyişir |
3-35 ay |
Naxçıvanbank |
Əmanətin 80%-dək |
18% |
1-3 il |
Premium Bank |
Əmanətin 60%-dək |
1 il müddətində əmanət yerləşdirilibsə kredit üçün illik faiz dərcəsi 11,5% 2 il müddətində əmanət yerləşdirilibsə kredit üçün illik faiz dərəcəsi 12% |
1-2 il |
Rabitəbank |
Əmanətin 60%-dək, max 50 000 AZN |
3-12 ay müddətinədək əmanət yerləşdirilibsə kredit üçün illik faiz dərəcəsi 16 % 13-24 ay müddətinədək əmanət yerləşdirilibsə kredit üçün illik faiz dərəcəsi 18 % |
3 - 24 ay |
TuranBank |
Əmanətin 50%-dək |
Sirlər xəzinəsi əmanət növü ilə : faizlərin aylıq ödənilməsi zamanı 17%, faizlərin rüblük ödənilməsi zamanı 17,2% və faizlərin müddətin sonu ödənilməsi zamanı 17,3% illik faiz dərəcəsi. Fürsət əmanəti növü ilə : Əmanət üzrə fazilərin 50%-i öncədən əldə olunduğu təqdirdə 16,75% , faizlərin 100%-ni başdan əldə olunduğu təqdirdə 16,5% illik faiz dərəcəsi. |
1 il |
UniBank |
Əmanətin 80%-dək |
6% |
1 il |
XalqBank |
Əmanətin 70%-dək |
8% |
4 il |
Yelo Bank |
Əmanətin 100%-dək |
Yelo Sabit Faizlərin aylıq ödənişi şərti: 12 ay və 24 ay – 5,2 % Müddətin sonunda: 12 ay və 24 ay – 5.5 % Yelo Yığım əmanəti: Faizlərin aylıq ödənişi şərti: 12 ay - 4 % Müddətin sonunda: 12 ay –4.25 % |
3 il |