Azərbaycanda debet kartları üzrə əməliyyatların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 109 milyon 684 min ədəd olub.
Bu da illik müqayisədə 54 milyon 797 min (99,8%), aylıq müqayisədə 13 milyon 206 min ədəd (13,7%) artım deməkdir.
Belə ki, 2022-ci ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 54 milyon 887 min ədəd, cari ilin oktyabrın 1-nə 96 milyon 478 min ədəd olub.