Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir. FED.az xəbər verir ki, Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul etmişdir.
“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət etmişdir.
Eləcə də bax: Azərbaycanda daha bir bank gərginliyə dözmədi - ƏMANƏT və KREDİTLƏRƏ “STOP”
Xatırladaq ki, «Dəmirbank»da ciddi problemlərin olduğunu və vəziyyətin təcili düzəlməyəcəyi təqdirdə bankın fəaliyyətini dayandıra biləcəyini bir neçə gün əvvəl ilk olaraq FED.az açıqlamışdı. Həmin vaxt bəzi portallar əksinə, bankın vəziyyətinin «ürəkaçan» olduğunu və problemlərin olmadığını bildirmişdilər.
Eləcə də bax: Azərbaycanda daha bir bankda problem – ƏMANƏT QƏBULUNU DAYANDIRDI
Eləcə də bax: “Dəmirbank”ın sədrindən Palatanın qərarına münasibət - "BU QƏRARIN TƏLƏSİK..."
Eləcə də bax: "DəmirBank" müştərilərinə müraciət etdi – «BİZİ XATIRLAYIN»