Pakistan Milli Bankının Bakı filialı 2022-ciilin 2-ci rübünü zərərlə başa vurub.
Eləcə də bax: 18 bank mənfəətdə, 1 bank zərərdə – BANKLARIN VƏZİYYƏTİ – YENİLƏNİR
FED.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəliri 98 min manat olub, faiz xərci isə olmayıb.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Bankın qeyri-faiz gəliri 74 min manat, qeyri-faiz xərci isə 468 min manat olub. Bunun 261 min manatı əmək haqqı xərcləri 115 min manatı əsas vəsaitlərin istifadəsi xərcləri, 85 min manat isə bankın ödədiyi haqq və komissiya xərcləridir.
Nəticədə bank yarım ili 296 min manat əməliyyat zərəri ilə başa vurub. Əvvəlki dövrlərdə yradılan ehtiyatlardan 25 min manat geri çəkildiyinə görə, hesabat dövründə bankın xalis mənfəəti 271 min manat olub.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı ötən ilin eyni dövrünü də 115 min manat xalis zərərlə başa vurmuşdu.
İlin ilk yarısının yekunlarına əsasən, bankın cəmi aktivləri 9,2 milyon manat təşkil edib. İlin əvvəlindən vəri aktivlər 5% azalıb.
Aktivlərin böyük hissəsi – 5,4 milyon manatı qiymətli kağızlarda yerləşdirilib. İlin əvvəli ilə müqayisədə Pakistan bankının qiymətli kağızlara yatırdığı vəsait 2,7 dəfə artıb, ilin əvvəlində bu məbləğ 1,97 milyon manat idi.
Bankın nağd vəsaitləri 300 min manat, Mərkəzi Bankdakı hesabda 744 min manat var.
Pakistan Milli Bankının Bakı filialının 2-ci rübün sonuna olan kredit portfeli cəmi 745 min manat təşkil edir, ondan ehtiyatlara ayrılan vəsaitləri (212 min manat) çıxanda xalis kredit portfeli 532 min manatdır.
Bankın öhdəlikləri cəmi 359 min manatdır. Bunun 322 min manatı bankdakı depozitlərdir. Depozitlərin 197 min manatı fiziki şəxslərnin payına düşür. Hüquqi şəxslərin isə bankda 125 min manat depoziti var.
Bankın cəmi kapitalı isə 8 milyon 844 min manat təşkil edir.
Qeyd edək ki, bu Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi minimum kapital tələbindən (50 milyon manat) 5 dəfə azdır.