Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı Bank VTB Azərbaycan pandemiya və məhdudiyət tədbirlərinə baxmayaraq bu ili yüksək göstəricilərlə başa vurmağı pronozlaşdırır.
Eləcə də bax: Azərbaycandakı banklar üçün yeni təklif – REGİONLARDA ORTAQ FİLİAL
Bu barədə FED.az-a bankın sədri Yevgeniy Kirin bildirib.
Onun sözlərinə görə ilk yarım ildə «Bank VTB Azərbaycan»ın xalis mənfəəti 1,5 milyon manat təşkil edib. Bu dövrdə bankın faiz gəlirləri 4,1 milyon manat, qeyri-faiz gəlirləri 1,3 milyon manat olub. Bankın məcmu kapitalı 59,5 milyon manat, aktivləri isə 168,5 milyon manat olub.
Biznes kreditləri daha sürətlə artıb
İlk yarım ilə bankın işlək kredit portfeli 15,1% artaraq 82,7 milyon manata çatıb.
Bu dövrdə bankın biznes kreditləri istehlak kreditlərindən daha sürətlə artıb. Belə ki, ilk yarım ildə fiziki şəxslərin kredit portfeli 11,7% artaraq 34,4 milyon manata çatıb. Korporativ kreditlər - şirkət və sahibkarlara ayrılan kreditlər isə 18% artıb.
Vaxtı keçmiş kreditlər azalır
Kredit portfeli ilə bağlı daha bir mühüm məqam. Pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq bu dövrdə kredit portfelinin keyfiyyətini yüksək səviyyədə saxlamaq mümkün olub. Belə ki, vaxtı keçmiş kreditlərin məbləği 3,1% azalıb.
Ümumiyətlə, Y.Kirin bildirib ki, bankın 2017-ci ildən sonra verilən kreditlərində vaxtı keçmiş kreditlərin həcmi 2%-i keçmir: «Bu mühüm göstəricidir və seçilən strategiyanın doğruluğunu göstərir. Həm ümumilikdə bankın strategiyasının, həm də risklərin idarə edilməsi üzrə strategiyanın doğruluğunu göstərir».
Bankın depozit portfeli isə 5% artaraq 73,7 milyon manata yüksəlib.
"Proqnozları dəyişmədik, yüksək artım gözləyirik"
Bank rəhbərinin sözlərinə görə, 2020-ci ilin ilk aylarından başlayan və indiyədək davam ekdən pandemiya və onun mənfi təsirlərinə baxmayaraq bankın fəaliyəti ilə bağlı ilin əvvəlində verilən proqnozlar dəyişiməyib.
Belə ki, bu ilin axırına bankın xalis mənfəətinin daha 50% artaraq 2,3 milyon manat olacağı gözlənilir. Bu dövrdə bankın işlək kredit portfeli isə 45% artaraq 120 milyon manata yüksələcək: «Ümid edirik və belə fikirləşməyə əsaslarımız da var ki, bu portfelin səviyyəsini ilin sonunadək belə yüksək səviyyədə saxlaya biləcəyik»-deyə bank rəhbəri bildirib. Bankın depozit portfeli isə 17% artaraq 86 milyon manata yüksələcək.
«2020-ci ilin sonuna olan dövrlə bağlı proqnozlarımız biznes plana əsaslanır, şəraitin dəyişməsinə baxmayaraq biz öz biznes planlarımızı və proqnozlarımızı dəyişmirik. Başa düşürük ki, bu sadə məsələ deyil, çünki sözügedən proqnozları, strategiyanı və biznes planı quranda şərtlər fərqli idi. Amma biz bu planı reallaşdırmaq üçün imkanlar görürük»-deyə Bank VTB Azərbaycan-ın rəhbəri bankın planlarını şərh edib.