Bu ilin iyul ayının sonunda Azərbaycanda banklar tərəfindən bizneslərə verilmiş kreditlərin həcmi 17 milayd 333 milyon manat olub.
Bankdan kredit götürmək üçün neçə yaşın olmalıdır? - BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, biznes kreditlərinin ən böyük hissəsi, 4 milyard 213,2 milyon manatı və ya 24,3%-i ticarət müəssisələrinə verilmiş kreditlərin payına düşüb.
Sənaye sahələrinə verilmiş kreditlərin həcmi 2 milyard 722 milyon manat (15,7%), nəqliyyat sahəsinə verilmiş kreditlərin həcmi 2 milyard 686,3 milyon manat (15,5%) təşkil edib.
Ən çox biznes kredit verilən biznes sahələri arasında dördüncü yeri 1 milyard 988,1 milyon manat (11,5%) kredit ilə kənd təsərrüfatı, beşinci yeri 1 milyard 822,6 milyon manat (10,5%) kredit ilə tikinti sahəsi tutub.
Ən az biznes krediti isə informasiya və rabitə sahəsinə verilib – 792,8 milyon manat və ya ümumi kreditlərin 4,6%-i qədər.
Digər qeyri-istehsal və xidmət sahələrinə verilmiş biznes kretlərinin həcmi 3 miluard 108,1 milyon manat olmaqla, ümumi biznes kreditlərinin 17,9%-ini tutub.













