2025-ci ilin avqustun 1-nə Azərbaycanda bankların kiçik sahibkarlığa verdiyi kreditlərin portfeli 1 milyard 529,0 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Kiçik sahibkarlığın portfeli son bir ildə 13,1 milyon manat, yəni 0,9% artıb. Lakin ötən ilin sonuna nəzərən portfeldə 19,6 milyon manat, yəni 1,3% azalma müşahidə olunub. Son bir ayda isə portfeldə 25,8 milyon manat, yəni 1,7% artım baş verib.
Xatırladaq ki, kiçik sahibkarlığın kredit portfeli bu ilin iyulun 1-nə 1,503,2 milyon manat, ötən ilin sonunda 1,548,6 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 1,515,9 milyon manat təşkil edib.