2023-cü ilin iyun ayının 1-nə Azərbaycanda bankomatların sayı 3075 ədəd, POS-terminalların sayı isə 80462 ədəd təşkil edib.
Azərbaycanda problemli kreditlərin məbləği - 27% AZALIB
FED.az Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 2.6% və ya 79 ədəd, POS-terminaların sayı isə 16.1% və ya 11 min 187 ədəd artıb.
Qeyd edək ki, bankomatların 52%-i və ya 1602 ədədi, POS-terminalların 68.9%-i və ya 55 min 404 ədədi Bakı şəhərində yerləşir. (Apa)