Azərbaycanda bankomatlar vasitəsilə nağd pulun çıxarılması əməliyyatlarında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə ödəniş kartlarının ümumi sayı 13 206 min ədəd olub.
Bu da illik müqayisədə 2 534 min (23,7%) artım, aylıq müqayisədə 299 min ədəd (2,2%) azalma deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə bankomatlar vasitəsilə nağd pulun çıxarılması əməliyyatlarının sayı 10 672 min ədəd, cari ilin sentyabrın 1-nə 13 505 min ədəd olub.