Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724.2 milyon manat xalis mənfəət əldə edib.
AMB: "Banklardan əlavə olaraq 350 milyon manat vəsait sterilizasiya edilib"
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 134,8 milyon manat və ya22.9% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589.4 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti 1064 milyon manat olub.
Bu da illik müqayisədə 214,1 milyon manat və ya 25.2% çoxdur.
Keçən ilin həmin dövründə əməliyyat mənfəəti 849,9 milyon manat olub.
2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.