Bu il avqust ayından Azərbaycan bankları məcburi ehtiyatları yeni normalarla saxlamağa başlayıb ki, bununla da manatla əlavə olaraq 350 təqribən milyon manat izafi vəsait sterilizasiya edilib.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Eyni zamanda bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Ümumilikdə, AMB 8 ay ərzində 93 müxtəlif müddətli not hərracı keçirib. Faiz dəhlizinə dair qərarlar, likvidliyin dəyişimi pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələrinə təsir edir. 8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanılan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya veriblər. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə töhfə verməkdədir", - deyə açıqlamada qeyd olunub.