2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda bank sektorunun cəmi kapitalı 7 milyard 77,1 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bank sektorunun cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 765,4 milyon manat, yəni 12,1%, ötən ilin sonuna nəzərən 458,7 milyon manat, yəni 6,9%, aylıq müqayisədə isə 66,7 milyon manat, yəni 1,0% artıb.
Kapitalın əsas tərkib hissəsi olan xüsusi kapitalın həcmi 6 milyard 463,9 milyon manata çatıb. Bu, illik müqayisədə 669,0 milyon manat, yəni 11,5%, ötən ilin sonuna nəzərən 432 milyon manat, yəni 7,2%, son bir ayda isə 62,1 milyon manat, yəni 1% artım deməkdir.
Bankların ümumi ehtiyatları isə 613,2 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 96,4 milyon manat, yəni 18,6%, ötən ilin sonuna nəzərən 26,6 milyon manat, yəni 4,5%, aylıq müqayisədə isə 4,6 milyon manat, yəni 0,8% artıb.
Xatırladaq ki, bank sektorunun cəmi kapitalı bu ilin avqustun 1-nə 7 milyard 10,4 milyon manat, ötən ilin sonunda 6 milyard 618,4 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 6 milyard 311,7 milyon manat təşkil etmişdir.