2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bankların ipoteka və istehlak kreditləri portfeli artıb, biznes kreditləri portfeli isə azalıb.
Azərbaycanda problemli kreditər - YENİDƏN ARTMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 28 fevral 2023-cü il tarixinə bankların kredit portfeli 19 milyard 757,4 milyon manat məbləğində qiymətləndirilir (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8%).
2023-cü ilin yanvar-fevral aylarında bankların biznes kreditləri portfeli 0,2% - 10 milyard 835,6 milyon manatadək (bütün kredit portfelinin 54,8%-i) azalıb. Fevralda portfel 10 milyon manat azalıb.
Yanvar-fevral aylarında bankların istehlak kreditləri portfeli 1,9% - 5 milyard 863,6 milyon manata qədər artıb, xüsusi çəki 29,7% təşkil edib. Fevralda portfel 51,7 milyon manat artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 2,4% - 3 milyard 3058,2 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,5%-i səviyyəsində artıb. Fevralda portfel 46 milyon manat artıb.
2023-cü il fevralın 28-nə Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malikdir. (İnterfaks-Azərbaycan)