2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 31 oktyabr 2022-ci il tarixinə bankların kredit portfeli 19 milyard 470,8 milyon manat məbləğində qiymətləndirilir (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,9%).
2022-ci ilin yanvar-oktyabr aylarında bankların biznes kredit portfeli 12% - 10 milyard 912,6 milyon manatadək (bütün kredit portfelinin 56%-i) artıb. Oktyabrda artım 1,2% təşkil edib.
10 ay ərzində bankların istehlak kreditləri portfeli 26,1% - 5 milyard 696,7 milyon manata qədər artıb, xüsusi çəki 29,3% təşkil edib. Oktyabrda portfel 1,7% artıb.
Bankların kreditlərinin artım sürəti azalıb – GÖSTƏRİCİLƏR AÇIQLANDI
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 19,2% - 2 milyard 861,5 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 14,7%-i səviyyəsində artıb. Oktyabrda portfel 3,1% artıb.
2022-ci il oktyabrın 31-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir. (İnterfaks-Azərbaycan)