Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 43,633.4 milyon manat təşkil edib.
Azərbaycan bankları 3-cü rübdə - NƏ QƏDƏR QAZANC ƏLDƏ EDİB – SİYAHI, MƏBLƏĞLƏR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 26,4% çoxdur.
Bankların aktivlərinin 17,990.4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45%-dən 41%-ə enib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 29% artaraq 38,288.3 milyon manata, o cümlədən depozit portfeli 32,6 % artaraq 31,373.7 milyon manata çatıb. Bunun 10,993 milyon manatı fiziki, 20,380.7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 26,7%, şirkətlərin banklardakı vəsaitləri isə 42,8 % artıb.
Bank sektorunun balans kapitalı isə 10,4% artaraq 5,345.1 milyon manat təşkil edib. (Apa)