Azərbaycan banklarının 3-cü rübün yekunları üzrə hesabatları açıqlanıb.
FED.az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən 25 bankdan 23-ü hesabat dövrünü xalis mənfəətlə başa vurub.
Banklar arasında ən yüksək xalis mənfəəti Azərbaycan Beynəlxalq Bankı və «KapitalBank» əldə edib. Bu banklar müvafiq olaraq 209,9 milyon manat və 210,6 milyon manat qazanıblar.
Siyahıda 3-cü yeri «Paşa Bank» tutur – 109.7 milyon manat. İstehlak kreditləri bazarının aktiv iştirakçısı olan «Bank of Baku» isə 30,8 milyon manat xalis mənfəətlə 4-cü yerə yüksəlib. Yeri gəlmişeən, Bu göstəriciyə görə, hazırda «Bank of Baku» aktivlərindən ən yaxşı istifadə edən banklar sırasına yüksəlib.
Xalis mənfəətin həcminə görə sonrakı yeri «Xalq Bank» tutur.
Banklar arasında ən böyük zərər isə Bank BTB-də qeydə alınıb – 5 milyon 714 min manat.