Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı banka «Bank VTB Azərbaycan»a yeni sədr təyin edilib.
Eləcə də bax: “Unibank”ın İdarə Heyətinin - I Müavini Vəzifəsindən Ayrılır
FED.az xəbər verir ki, bu indiyədək «Unibank KB» ASC-nin idarə heyəti sədrinin 1-ci müavini İqor Okayevdir. Ötən həftə işindən ayrılan İ.Okayev Azərbaycanda fəaliyyət göstərən Rusiya bankının artıq 3 aydır ki vakant qalan sədri vəzifəsini tutacaq.
Xatırladaq ki, indiyədək VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri vəzifəsini Yevgeni Borodin icra edirdi.
Qeyd edək ki, İqor Okayevin karyerası əsasən bu iki bankda davam edib. «Unibank»da 2006-cı ildə kredit mütəxəssisi kimi fəaliyyətə başlayan və təqribən 10 il çalışaraq departament direktoru və idarə heyətinin üzvü vəzifəsinə kimi yüksələn Okayev 2015-ci ildə Bank VTB Azərbaycana keçib.
Amma burada iki il departament direktoru və idarə heyətinin üzvü vəzifəsin tutandan sonra 2017-ci ildə yenidən «Unibank»a qayıdıb və bankın əsas rəhbərlərindən birinə kimi yüksəlib.