2022-ci ildə Azərbaycanda əmək haqlarının ən az artdığı sahələrdən biri maliyyə və sığorta sektoru olub.
Azərbaycanda əmək haqqı xərclərini - ARTIRAN VƏ AZALDAN BANKLAR – SİYAHI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sektorda orta aylıq əmək haqqı 6,9% artaraq, 2021-ci ilin sonundakı 1937 manatdan, 2022-ci ilin sonunda 2071 manata yüksəlib.
Maraqlıdır ki, 2022-ci ildə dövlət sektorunda çalışan maliyyəçilərin maaşları daha sürətlə artıb. Belə ki, bu sahədə çalışanların orta əmək haqqı 350 manat və ya 18% yüksələrək 2281 manat olub.
Qeyri-dövlət, yəni özəl şirkətlərdə çalışan maliyyə və sığorta işçilərinin orta əmək haqqında isə cəmi 78 manat və ya 4% artım baş verərək 1939 manat olub.
DSK-nin məlumatına görə, 2022-ciildə bu sahələrdə işləyənlərin sayı da artıb – il ərzində artım 3200 nəfər təşkil edib və işləyənlərin sayı 31800 nəfərdən 35 min nəfərə yüksəlib.
Maliyyə və sığorta sahəsində çalışanların çoxu özəl şirkətlərdə işləyir – onların sayı 2800 nəfər artaraq 28 minf çatıb. Dövlət qurumlarında bu sahədə işləyənlər isə 400 nəfər ataraq 7 minə çatıb.