21 sentyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC və “Alfa” Sığorta MMC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Eləcə də bax: Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı hərraca çıxarılır – QİYMƏT
FED.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 ha torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən (ü/s 259.7 kv.m) qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 1100000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)
Tel: 055-206-66-67