14 sentyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Gəncəbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Eləcə də bax: "Dəmir Bank"ın əmlakı yenidən - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 254 ünvanında yerləşən (ü/s 72 kv.m) 18-48-49 nömrəli mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 180000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)
Tel: 055-206-66-67