Azərbaycanın bank sektoru bu ilin mayın 1-nə 407,5 milyon manat xalis mənfəət əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 milyon manat və ya 18 %, aylıq müqayisədə 96 min manat (30,8%) çoxdur.
Ötən ilin mayın 1-nə bank sektoru 245,2 milyon manat, bu ilin aprelin 1-nə 311,5 milyon manat xalis mənfəət əldə etmişdi.