Naxçıvan Muxtar Respublikasının kommersiya bankl olan “Naxçıvanbank” ASC-nin sədri dəyişib.
Eləcə də bax: "Rabitəbank"da yeni təyinat – Sədrə Müşavir Gətirildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Məmmədov Azər Telman oğlu bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Onun yerinə isə bu vəzifəni müvəqqəti icra edəcək 38 yaşlı İsayev İsa Bünyad oğlu təyin edilir. İ.B.İsaeyev 2011-ci ilin dekabrından bu günə qədər bankın İdarə Heyəti sədrinin müavini idi.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, 82.43 mln. manat nizamnamə kapitalına sahibdir və ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.