Rabitəbankda İdarə Heyətinin sədrinə Biznesin İnkişafı üzrə müşavir təyin edilib. Sözügedən şəxs Pərviz İbrahimovdur.
Eləcə də bax: "Kapital Bank"da - Yeni Təyinat - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, Pərviz İbrahimov iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili alandan sonra “İstanbul universiteti”ndə “Business management” ixtisası üzrə magistr dərəcəsi alıb.
Accessbank-da 2005-ci ildən mütəxəssis kimi işə başlayıb, baş mütəxəssis, Şimal region filialının, Badamdar filialının müdiri, daha sonra AFB Bankda İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb. 2018-ci ildən etibarən özəl sektora keçid edərək təsisçisi olduğu “İdxalçı sahibkarlarla iş üzrə konsaltinq” şirkətini qurub.