Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqustun 1-ə olan vəziyyətə ölkədə 440 bank filialı var.
Eləcə də bax: Bağlanmış bankların əmanətçilərinə - Verilən Pullar Açıqlandı
FED.az xatırladır ki, ilin əvvəlindən ölkədə 69 bank filialı bağlanıb, bu da əsasən cari ilin II rübündə lisenziyayası geri çağırılmış 4 bankın satış nöqtələrinin bağlanması ilə bağlıdır.
Azərbaycanda bank filiallarının sayı ilk baxışdan kifayət qədər olsa da, hələ də bəzi rayonlarda filial yoxdur və ya onların sayı çox azdır. Bu isə regionlarda banklar arasınrda rəqabətə imkan vermir, əhalini bir neçə bankın xidmətlərindən istifadəyə məcbur edir.
Bəzi banklar bölgələrdə əlavə filialının açılmasını istəsələr də, böyük məbləğdə vəsait tələb olunduğundan bu planlardan imtina edirlər. Məsələ bundadır ki, pamytaxtdan və iqtisadi fəallıq müşahidə edilən bir sıra rayon/şəhərlərdən fərqli olaraq digər bölgələrdə bank xidmətlərinə tələbat böyük deyil və bu da həmin filialların iqtisadi cəhətdən səmərəliliyinə şübhə yaradır.
Bank filialının açılması təşkilati hazırlıqlarla (AMB-dən icazə) yanaşı əlavə xərclər də tələb edir. buraya filialını binasınnı icarəyə götürülməsi, mühafizə, texniki qulluq və əməkdaşların əmək haqqı xərcləri aiddir.
FED.az təklif edir ki, bu xərcləri azaltmaq üçün banklar bölgələrdə birgə filiallar yaratsınlar. Birgə filial – bir binada bir neçə bankın nümayəndələrinin xidmət göstərdiyi məkandır. Kovorkinq prinsipi ilə qurulan bu məkanda hər bir bankın hətta bir əməkdaşı da çalışaraq müştərilərə xidmət göstərə bilər.
Filialın icarə, mühafizə və texniki təchizat xərcləri birgə ödənildiyinə görə, bankların bu filiala xərcləri daha az ola bilər. Bank sirri və müştərilərlə danışıqların qorunması üçün məkanda hər bir bank üçün mini kabinetlər yaratmaq və ya ümumi istifadədə olan müştəri görəş otağı təşkil etmək mümkündür.
Bi rgə filialda demək olar ki, bütün bank xidmətlərini göstərmək mümkündür.
Birgə filial sisteminin tətbiqi bankları filial açmaq üçün əlavə məkan axtarışından da azad edə bilər.