Bank və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465 min ədəd təşkil edib.
Azərbaycanda kredit kartlarında - 417 MİN ƏDƏDLİK ARTIM!
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.1 faiz, kredit kartları üzrə 27.2 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 milyon ədəd artıb.