Azərbaycanda qeyri-rezident fiziki şəxslər banklardakı depozitlərinin çəkməkdədirlər.
Eləcə də bax: Azərbaycan banklarına - Əmanət Qoyuluşu Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankından 1 iyul 2020-ci il tarixi üzrə daxil olan məlumatda deyilir.
Hesabat dövrünə qeyri-rezidentlərin əmanətlərinin həcmi 354.96 mln. manat olub. Bu son bir ayda 1% azalma olsa da, illik müqayisədə 29.3% azalma deməkdir.
Ümumən keçmişdəki göstəricilərə nəzər salsaq 2011-ci ildən bu tərəfə bu ən aşağı göstəricidir.
Qeyd edək ki, fiziki şəxs olan qeyri-rezidentlərin ən böyük göstəricisi 1 milyard 233.1 milyon manatla 2016-cı ilin dekabrında qeydə alınmışdı.
Əsas azalma cari ilin martından başlayaraq davam etməkdədir. Məsələn, fevralda öncəki ayla müqayisədə 46.9% artımla 621.29 mln. manata çatdırmışdı. Martdan sonrakı aylarda ardıcıl olaraq 26.4% və 18.7% azalma müşahidə edilmişdi.
Qeyri-reidentlərin depozitlərinin 102.4 mln. manatı milli, 252.5 mln. manatı isə xarici valyutda olanlar təşkil edir.