Azərbaycanda bank müştərilərinin sayı məlum olub.
FED.az Mərkəzi Bankın (AMB) istinadən xəbər verir ki, 2019-cu ilin sonuna olan məlumata görə, Azərbaycanda bank müştərilərinin sayı 8 milyon 018 min nəfər təşkil edib.
Eləcə də bax: Azərbaycanda kreditlər hansı sahələrin hesabına artıb - AÇIQLANDI
Bu göstərici 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 1 milyon 683 min nəfər və ya 26,5% artıb. 2018-ci ildə bank müştərilərinin sayı 6 milyon 336 min nəfər təşkil etmişdi.
Hesabat dövründə banklarda olan fiziki şəxslərin hesabları 7 milyon 901 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 1 milyon 667 min ədəd və ya 26,7% çoxdur. 2018-ci ildə bu göstərici 6 milyon 234 min ədəd olub.
Hüquqi şəxslərin hesabları isə 2019-cu ilin sonuna olan məlumata görə, 1 milyon 173 min ədəd olub. Bu göstərici 2018-ci illə müqayisədə 15 min 739 ədəd və 15,5% çoxdur. Belə ki, 2018-ci ildə hüquqi şəxslərin hesabları 101 min 540 ədəd təşkil etmişdi.