Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin oktyabr ayına 8 850 082 nəfər təşkil edib.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin sayı yenidən azaldı – 1 Ayda 19 Nəfər İxtisar Edilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
2019-cu ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 845 360 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 004 722 nəfər artması deməkdir.
Cari ilin sentyabr ayında bank müştərilərinin sayı 8 760 908 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 89 174 nəfər artıb.
Bank müştərilərindən 8 737 525 nəfəri fiziki şəxslər, 112 557 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 91 694 nəfər artıb, hüquqi şəxslərin sayı 2 520 nəfər azalıb.
Bu ilin oktyabr ayında fiziki şəxslərin cari hesablarının sayı 17 543 859, hüquqi şəxslərin cari hesablarının sayı 232 534 olub.