2023-cü ilin dekabrın 1-nə Azərbaycan bankları 254,8 milyon manat mənfəət vergisi ödəyib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aylıq müqayisədə 17 milyon manat və ya 7,1% ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,2 milyon manat və ya 29,6% çoxdur.
Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 237,8 milyon manat, 2022-ci ilin dekabrın 1-nə 196,6 milyon manat olub.