Azərbaycanda ikinci devalvasiyadan bu tərəfə ilk dəfə olaraq kredit kartlarının sayı 1 mln. ədədi keçib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verirk ki, 1 sentyabr 2020-ci il tarixində kredit kartlarının sayı 1 milyon 18 min ədəd təşkil edib. Bu isə öncəki ayla müqayisədə 33 min ədəd artması deməkdir.
Bildirək ki, aprel ayında 53 min ədəd azalmadan sonra, may, iyun, iyul aylarında müvafiq olaraq 35, 37 və 36 min ədəd hər ayda artım müşahidə edilib.
Ümumiyyətlə isə, son bir ildə 247 min ədəd, yəni, 32 faiz artıb.
Sonuncu dəfə 2015-ci ilin dekabrında kredit kartlarının həcmi 1 mln. ədəd üzərində olmuşdu.