Azərbaycanda bankda çalışanların sayında yeni artım var.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin sayı yenidən azaldı – 1 Ayda 19 Nəfər İxtisar Edilib
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, noyabrın sonuna Azərbaycanın bank sektorunda 18 630 nəfər çalışır. Bir ay əvvəl bu rəqşəm 18 536 idi, yəni noyabr ayında bank işəçilərinin sayı 94 nəfər artıb.
Bununla yanaşı, göstərilən artıma baxmayaraq ilin əvvəlindən bəri Azərbaycanda bankda çalışanların sayında kəskin azalma var. Belə ki, ilin əvvəlindən bəri bank işçilərinin sayı 830 nəfər azalıb.
Bunun əsas səbəbi aprel may aylarında Azərbaycanda 4 bankın bağlanmasıdır. Bunlar – «Atabank», «Amrahbank», «NBC Bank» və «AG Bank»dır.