Azərbaycanda fəaliyyət göstərən İran bankı – Bank Melli İranın Bakı Filialı bir neçə il əvvəl binasının sökülməsinə görə, Bakı şəhər icra hakimiyyətindən kompensasiyanı ala bilmir.
Eləcə də bax: Bağlanan bankdakı pullar - HANSI NÖVBƏ İLƏ ÖDƏNİLƏCƏK - SİYAHI
FED.az xatırladır ki, Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, Bankın nobel prospektində yerləşən və 9 milyon 296 min manat xalis dəyəri olan bina sökülüb. İndiyədək tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər, buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcəkdir-deyə bankdan bildirilir.
Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı Apelyasiya Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul, 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilmişdir. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olmuşdur. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9,4 milyon manat təşkil edib.
Xatırladaq ki, İran bankı bu binanı vaxtilə Royalbankdan alıb, belə ki, bina Bankdan alınmış depozitlər üçün Royal Bank tərəfindən girov qoyulmuşdur. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə Bank tərəfindən əldə edilmiş, binalar və avadanlıqlar kimi tanınmış və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilmişdir.
Hal-hazırda işə məhkəmədə baxılır.