2022-ci ilin sonuna Azərbaycandakı bank işçilərinin 1,5 %-i fiziki qüsurlu şəxslər olub.
Azərbaycanda banklar, sığorta və investisiya şirkətləri sorğuda iştirak etdi – NƏTİCƏLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı maliyyə üzrə Sorğu”nun nəticələrinə dair hesabatda bildirilir.
Bundan başqa, sənədə əsasən, bank sektorunda xanım əməkdaşların payı orta hesabla 38 % təşkil edib, bu göstərici, bankların yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq 11 % və 17 % olub.
"Banklarda yaş qrupları üzrə bölgüyə baxdıqda isə 71 % əməkdaşların 21-40 yaş aralığında olduğu görünür. Digər sosial göstəricilər üzrə növbəti sorğulardan sonra məlumat bazası formalaşdıqca müqayisəli təhlil aparılacaq", - deyə hesabatda qeyd olunub.
Bundan başqa, sənəddə deyilir ki, Azərbaycandakı sığorta şirkətlərində xanım əməkdaşların payı orta hesabla 40 %, yuxarı və orta idarəetmə səviyyələrində isə 23 % təşkil edib.
Azərbaycandakı investisiya şirkətlərində isə xanım əməkdaşların payı orta hesabla 35 %, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq 7 % və 13 % olub. (Report)