2020-ci ilin əvvəlindən indiyədək Azərbaycanda bank əmanətlərinin məbləği və faiz dərəcələri aşağı düşüb.
Eləcə də bax: Azərbaycanda PİN-kodsuz təmassız əməliyyatlar limiti - 100 MANATA QALDIRILA BİLƏR
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən 5 ayda ölkə üzrə bank əmanətlərinin faizləri 0,8% azalaraq 3,8%-dən 3%-ə enib. Əsas azalma manat əmanətləri hesabına baş verib.
Belə ki, ilin əvvəlində 6,1%-lə cəlb olunan manata əmanətləri iyunun 1-ə illik 4,48%-ə enib. Dollar əmanətləri üzrə onsuz da aşağı olan faizlər isə bir qədər də azalaraq 1,7%-dən 1,43%-ə enib.
Əmanətlərin azalması ayrı ayrı regionlarda daha çox hiss olunub.
İlin əvvəlində ən yüksək əmanət faizləri Lənkəran iqtisadi rayonunda idi – 6,1%, indi isə bu göstərici 4,34%-ə düşüb. Nəticədə indi manat əmanətləri üzrə ən yüksək göstərici Abşeron rayonundadır – 5,78%.
Manat əmanəti üzrə ən aşağı faiz dərəcəsi ilə əmaətlər isə Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb – illik 0,78%.
Əvəzində ilin əvvəlində Yuxarı Qarabağda dolar əmanətləri ölkədə ən yüksək həddə olub – illik 2%. İndi isə bu göstərici 0,72%-0ə düşüb.
Ümumiyyətlə ölkədəki 11 iqtisadi rayondan 7-də dollar əmanəti üzrə faizlər 1%-dən aşağıdır.
Dolar əmanəti üzrə ən yüksək faizlər Bakıda (illik 1,45%), ən aşağı faizlər isə Naxçıvandadır (illik 0,15%).