Azərbaycanda kapitalının həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kapitalın həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük balans kapitalına təqribən 1,8 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın balans kapitalı təqribən 967,9 manat göstərici ilə ikinci pillədə yer alır.
852,8 milyan manat göstəici ilə "Paşa Bank" 3-cü,479,1 milyon manat göstərici ilə "XalqBank" 4-cü, 366,3 milyon manat göstərici ilə "Bank BTB" 5-ci pillədə qərarlaşıb.
11 bankın balans kapitalı 100 milyon manatdan yüksək, 6 bankın balans kapitalı isə 100 milyon manatdan aşağıdır.
Balans kapitalı ən az olan banklar "Bank Melli İran" Azərbaycan filialı 44,6 milyon (manat) , "Bank Avrasiya" (73,8 milyon manat) olub.