Azərbaycanda depozitlərinin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı depozitlərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük depozitlərə təqribən 9,2 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın depozitləri təqribən 7,6 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
6,5 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 2,2 milyard manat göstərici ilə "XalqBank" 4-cü, 1,5 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
Digər bankların depozitlərin həcmi 1-1,5 milyard manat arasındadır. Həmin bankların depozitlərin həcmi üzrə sıralaması isə belədir:
"Unibank" 1,2 milyard manat, "AccessBank"-1 milyard manat.
Depozitləri ən az olan bank isə "Bank Avrasiya" (50,3 milyon manat) olub.