Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fəaliyyətini dayandırmış və ƏSF-nin ləğvetməsində olan "AG Bank" ASC-nin balansındakı daşınar əmlakları açıq hərraca çıxarır.
Eləcə də bax: “Bank Standard”ın daşınmaz əmlakı - HƏRRACA ÇIXARILIR
İyunun 1-də keçiriləcək iki hərracda 1 ədəd "Wincor Nixdorf ProCash 8050" markalı və 1 ədəd "Wincor Nixdorf Cineo C2550" markalı bankomat satışa çıxarılacaq. Bankomatların qiyməti müvafiq olaraq 10 min və 11 min manatdır.
Şərtlərə görə, hərracda iştirak edənlər satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67