İyunun 6-da "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
Eləcə də bax: “Atrabank” və “Texnikabank”ın daşınmaz əmlakları - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 ünvanında yerləşən 45 kv.m.-lik yaşayış sahəsindən gedir. Əmlaka 360 min manat qiymət qoyulub. (Report)