30.06.2025-ci il tarixinə “Yelo Bank”ın işçi sayı 1258 nəfər təşkil edib.
FED.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə işçi sayının 169 nəfər (15,5%) artması deməkdir.
Ötən ilin eyni dövründə bankın işçilərinin sayı 1089 nəfər olub.
Bu ilin martın sonuna bankda çalışanların sayı 1 223 nəfərə bərabər olub. Bu, əvvəlki rüblə müqayisədə 48 nəfər və ya təxminən 4,1 faiz artım deməkdir. Ötən ilin sonuna isə işçilərin sayı 1 175 nəfər təşkil edib. Bu da 2024-cü ilin üçüncü rübü ilə müqayisədə 60 nəfər, yəni təxminən 5,4 faiz artım anlamına gəlir.











