13 yanvar 2026-cı ildə saat 11:00-da "Yelo Bank"ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq , Bakı şəh, Həsən bəy Zərdabi prospekti, 81 К ünvanında olacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur.
1. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması;
2. Nizamnaməyə əlavə və dəyişikliklərin olunması ilə əlaqədar Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim edilmədir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş duran məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.











