Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Eləcə də bax: Azərbaycanda depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Bank of Baku”, “Express Bank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.
Qalan 7 bankdan 6-nın – “PAŞA Bank”, “Kapital Bank”, "Xalq Bank", “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Naxçıvan Bank” ASC isə bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
2 bankın – “Premium Bank” ASC-nin və İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri 100% azalıb.
Bu ilin 9 ayında mənfəət vergisi ödəməmiş 14 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.